İnfrastruktur
AZƏRİT ASC — Sənaye İnfrastrukturu
5.4 hektar ərazi · Sumqayıt, Bakı–Rostov şossesi 25-ci km · Tam inteqrasiya olunmuş keramzit və sement istehsal kompleksi.
Giriş
AZƏRİT ASC Azərbaycan Respublikasının 29 noyabr 1996-cı il tarixli, 208-İQ nömrəli qanunu əsasında təsdiq edilmiş “Dövlət müəssisələrinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq yaradılmışdır. Müəssisə keçmiş “Azərtikintimaterialsənaye” Dövlət Konserninin tabeliyində fəaliyyət göstərmiş “Azərit” Tikinti Materialları Kombinatının istehsal bazası əsasında formalaşdırılmışdır.
Zavodun tikintisi hələ SSRİ dövründə başlamış və regionun ən iri sənaye müəssisələrindən biri kimi layihələndirilmişdir. Müəssisədə “AZƏRİT” patenti altında yüksək markalı yüngül doldurucu — keramzit istehsalı nəzərdə tutulmuşdur. Tikinti işləri 1993-cü ildə başa çatdırılmış, lakin SSRİ-nin dağılmasından sonra müəssisə müəyyən müddət fəaliyyətsiz qalmışdır.
Şirkət Sumqayıt şəhərində, Bakı–Rostov şossesinin 25-ci kilometrliyində yerləşir və ümumi sahəsi 5.4 hektar olan sənaye ərazisini əhatə edir.
Əsas istehsalat infrastrukturu
Vahid texnoloji zəncir

Texniki infrastruktur
Daşıma imkanları
Ətraf mühit və təhlükəsizlik
Müəssisə ISO 9001, ISO 14001 və ISO 45001 standartlarına uyğun fəaliyyət göstərən sənaye modeli əsasında inkişaf etdirilir. Dəyirmanda toztutma qabiliyyəti 99.8% olan əlcəkli filtr quraşdırılmışdır.
Ərazidəki əsas binalar
Ərazi üzrə yerləşmə ardıcıllığı
İnventar pasportu əsasında ümumi təsvir.
Ön hissə
- Mərkəzi giriş
- İnzibati bina
- Nəzarət-buraxılış məntəqəsi
- Avtomobil dayanacağı
Sol istehsal zonası
- Keramzit xammal yığım sahəsi
- Yükləyicilər və yük maşınları zonası
- Xammal bunkerləri
Mərkəzi istehsal xətti
- Bişirmə sobası
- Soyutma sistemi
- Üyütmə dəyirmanı
- Şnek ötürücü sistemi
- Konveyer-estakada xətti
Arxa hissə
- Silolar
- Hazır məhsul anbarları
- Sement qablaşdırma sahəsi
Sağ logistika zonası
- Örtülü dəmir yolu xətti
- Yükləmə-boşaltma terminalı
- Neft şlamı qəbul sahəsi
- Ağır yük nəqliyyatı platforması
Texniki zona
- Kompressor sexi
- Elektrik yarımstansiyası
- Filtrasiya və ekoloji nəzarət sistemi
Müasir sənaye infrastrukturu, yüksək istehsal potensialı və ekoloji təhlükəsizlik prinsipləri əsasında fəaliyyət göstərən iri sənaye müəssisəsi.
AZƏRİT ASC-nin texnoloji kompleksi keramzit və sement istehsalının tam dövriyyəli idarə edilməsinə imkan yaradır və gələcək sənaye inkişafı üçün strateji potensiala malikdir.
